Azərbaycan Respublikasının Dövlət Gerbi, Герб Азербайджана

Azərbaycan Respublikasının Dövlət Gerbi




Azərbaycanın gerbi 1993-cü ildə Milli Məclis tərəfindən qəbul edilmişdir. Gerb 1918-1920-ci illərdə qısa müddətli Azərbaycan Xalq Cümhuriyyəti üçün hazırlanmış gerb üzərində qurulub.Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqillik rəmzidir.dövlər gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir.Qalxanın üstündə Azərbaycan Respublikasının dövlət Bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
Azərbaycan respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.

Dövlət gerbindəki simvolların məna və funksiyaları 
Dünya heraldika sənətində dövlət gerblərinin qalxan üzərində verilməsi təcrübəsi geniş yayılıb. Qalxandan dünya xalqları min illər boyu müdafiə, eləcə də milli simvolların nümayiş etdirilməsi məqsədilə istifadə edilib.Bu da bəllidir ki, Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri olub, qəhrəmanlıq simvoludur.Qərbdəkilərdən fərqli olaraq, şərq qalxanı dairəvi formadadır. Dövlət gerbinin həmin qalxan üzərində təsvir edilməsi Azərbaycanın Şərq dövləti olduğunu, millətin Şərq sivilizasiyasına mənsubluğunu, xalqın şərqliliyini bildirməyə xidmət edir.
Qalxanın içərisindəki dairəvi mavi, qırmızı və yaşıl rəng çalarları Azərbaycan bayrağında ifadə olunan türklüyü, müasirliyi və islamlığı təcəssüm etdirir.
Qalxanın ortasında yerləşən səkkizguşəli ulduz günəşin simvoludur. Günəş (eləcə də, Ay) dünya heraldika sənətində «əbədi, daimi, sonsuz həyat» mənasındadır. Günəş simvolunun ağ rənglə verilməsi isə «əmin-amanlıq, sülhsevərlik, barış» mənalarını verir.
Günəşin mərkəzində alov təsviri “Odlar Yurdu”nu – Azərbaycanı simvolizə edir. Ümumiyyətlə, alov gerbşünaslıqda tərəqqi, inkişaf rəmzi sayılır. Bu simvolda qədim azərbaycanlılarda mövcud olmuş atəşpərəstlik, eləcə də oda sitayişlə bağlı milli (“Novruz” bayramında oda münasibət) ənənələr də nəzərə alınmışdır.


Герб Азербайджана




Герб Азербайджана принят Милли Меджлисом в 1993 году. В основе герба лежит эмблема, разработанная в 1918-1920- ые годы для недолго существовавшей Азербайджанской Демократической Респуюлики.
Госдарственный герб Азербайджанской Республики
представяет собой изобржение восточного щита, помещённого на дуге, составленной из дубовых ветвей и колосьев. На щите на фоне цветов Госуарственного флага Азербайджанской Республики изображена всьмиконечная звезда, в центре звезды языки пламени. Края шита и звезды окаймлены золотистым цветом, жёлуди дуба и заклёпки шита также золотистого цвета. Изображённый на гербе щит представляет воинскую мощь государства, героическую доблесть народа. Дубовые ветви с золотыми желудями - символизируют силу и древность страны, а колосья - изобилие, урожайность, плодородность.



Təklif  və şikayətlərinizi mənə yaza bilərsiz



Hiç yorum yok:

Yorum Gönder

Qarabağ Azərbaycandır!🇦🇿

Azərbaycan Respublikasının əzəli Qarabağ torpaqları artıq 30 ilə yaxındır ki, erməni işğalçıları tərəfindən zəbt olunub. Əziz həmvətənlər, ə...