Tanıyaq və tanıdaq

Tanıyaq və tanıdaq
1.Mehmed Emin Resulzade-Azərbaycan dövləti,siyasi və ictimai xadim,jurnalist və dramaturq, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biridir.Azərbaycan tarixinin ən görkəmli şəxsiyyətlərindən biri, Azərbaycanın milli müstəqilliyi uğrunda hərəkata rəhbərlik etmişdir. 6 mart 1955-ci ildə Ankarada vəfat etdi. Orada "Cebeci Asri" bələdiyyə qəbiristanlığında dəfn edildi.
2.Cəfər Cabbarlı1899-cu il martın 20-da Xızıda yoxsul kəndli ailəsində anadan olub. Cabbarlı yaradıcılığa şeirlə başlasa da,ən məşhur əsərlərini dramaturgiya janrında yazıb.O,yaradıcılığının ilk dövrünə aid olan "Vəfalı Səriyyə yaxud Göz yaşları içində gülüş" əsərində cəmiyyətdəki ədalətsizlikdən bəhs edib,gördüyü haqsızlıqlara qəzəb və nifrətini bildirib.
3.Mirzə Ələkbər Sabir (1862-1911)-Azərbaycan şairi,satira ustadı,ictimai xadim, filosof və müəllim olmuşdur.Şairin ilk kitabı vəfatından bir il sonra -1912-ci ilin payızında həyat yoldaşı Büllurnisə xanımın,dostları Abbas Səhhət və Mahmudbəy Mahmudbəyovun gərgin əməyi ilə xalqdan yığılan ianə hesabına "Hophopnamə" adı ilə çap edilmişdir.
4.Asəf Zeynallı (5 Aprel 1909-27 oktyabr 1932)-Azərbaycan bəstəkarı. 23 il ömür sürməsinə baxmayaraq milli musiqi sənətində silinməz iz buraxıb."Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyub. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur.
5.Ramiz Quliyev (30 Aprel 1947)- Azərbaycan musiqiçisi, görkəmli tarzən, Azərbaycan SSR xalq artisti (1988), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı(2014), Türkiyə, Əfqanıstan, Suriya, Hollandiya, İsveçrə,ABŞ,Kanada,İran,İraq,Norveş vəs. ölkələrdə, eləcə də 1989-cu ildə "Böyük İpək yolu" festivalı çərçivəsində Yaponiyanın 30-dan artıq şəhərində konsertlər verib.



Təklif  və şikayətlərinizi mənə yaza bilərsiz








Hiç yorum yok:

Yorum Gönder

Qarabağ Azərbaycandır!🇦🇿

Azərbaycan Respublikasının əzəli Qarabağ torpaqları artıq 30 ilə yaxındır ki, erməni işğalçıları tərəfindən zəbt olunub. Əziz həmvətənlər, ə...