1....❓Çinin ən məşhur müəllimi müdrik filosof- Konfutsidən soruşublar:- "Bir ölkəni idarə edəsi olsaydın birinci nə edərdin?"O isə belə cavab verib:+ "Dilini düzəldərdim."Verdiyi cavabın tam başa düşülmədiyinin fərqinə vararaq izah etməyə davam edib...🔴 "Dil pozulsa, sözlər düşüncələri izah edə bilməz."...🔵 "Düşüncələr yaxşı izah edilməsə, lazımlı işlər yerinə yetirilməz."...🔴 "İşlər, vəzifələr layiqincə icra edilməsə nizam pozular."...🔵 "Nizam pozulsa, ədalət yolunu azar."...🔴 "Ədalət yolunu azsa, xalq, insanlar nə edəcəkləri barədə çaş-baş qalarlar."..Elə buna görə də, heç nə dil qədər vacib deyil..✅
2...Əgər siz də çoxlu məqsədləri olub, amma onları həyata keçirə bilməyən insanlardansınızsa, bir də bunu sınayın. ✅
Araşdırmalara görə, insan məqsədlərini başqaları ilə bölüşdükdə, həmin məqsədin gerçəkləşmə ehtimalı aşağı düşür. Hətta kiçik məqsəd belə olsa, bunu öz dilinizə belə gətirməyin...❌
Çünki, özümüzə, başqalarına hədəfimizi deməklə, biz özümüzü razı salmış oluruq, bir növ sanki həmin işi yerinə yetirmiş kimi hiss edirik...
📝Tövsiyə: Axşamdan sabah ediləcəklər siyahısını düzəldin, sıralamada isə çətin işdən asanına doğru olanını yazın.İşləri bitirdikcə qarşısından tik işarəsi qoya bilərsiz. ✅
3...Kor-koranə təqliddən çəkinmək
Bizim cəmiyyətin özünü itirmiş bir sıra gəncləri bəzi qərb ölkələrinin məkrli təbliğatı nəticəsində təsəvvür edirlər ki, avropanın iqtisadi inkişafının sirri onların din və əxlaqdan uzaqlaşmasındadır. Avropanın şərqdən üstünlüyünün səbəbi orada rəqs məclisləri və qadınların yarıçılpaq olmasıdır. Belə şəxslərin bir qismi özlərində hiss etdikləri kiçikliyi aradan qaldırmaq üçün tez avropa geyimlərinə, avropasayağı davranışlara üstünlük verirlər. Onlar bilmirlər ki, bunlar iqtisadiyyatı güclü olan bir millətin mədəniyyətinin sadəcə görünən tərəfidir.....
💡 Qeyd: Onların üstünlüyünün bünövrəsi elm və fikirdir. Onların mədəniyyətinin əsasını istismardan uzaqlaşıb, azad milət kimi öz ayaqları üzərində dayanıb elmi araşdırmalar və tədqiqatlarla məşğul olmaq təşkil edir 🔍📝📖
4...Problem və Çətinliklər Napaleon deyirdi: "Bəlalar, sıxıntılar, insanın ağlını gücləndirir.Mühüm cəhət bundadır ki, problemlər müvəffəqiyyət amillərindəndir. Bəziləri bunu müəyyən qədər həzm edə bilmir. Amma diqqət etsələr, görərlər ki, atəş dəmiri möhkəmləndirdiyi kimi , problemlər və çətinliklər də həyatda insan ağlını püxtələşdirir, ona həyat dərsi verir.
📌Püxtələşmək - Bir işdə təcrübə qazanmaq, ustalaşmaq, yetkinləşmək, bərkimək.
5...İmam Əli(ə) güclü cismi, hadisələr qarşısında sınmaması ilə tanınır. O, buyurur: Əgər məndən soruşsalar ki, sənin gücün və ruhi qüdrətin haradandır? Bir halda ki, hər gün arpa çörəyi, duz və sirkə yeyirsiniz?... Mən onlara belə cavab verərəm:
Səhrada bitən ağaclar qayalıqlarda və isti günəş altında böyüməsinə baxmayaraq, suyun kənarında bitən bitkilərdən daha möhkəm və davamlıdırlar. Çayın yanındakı ağaclar nemət içində və bağban nəvazişi ilə böyüyürlər. Çətinlik görməyiblər, amma çöl ağacları çətinliklər qoynunda böyüyürlər.Onların tərbiyəçisi yandırıcı küləklər, qızmar günəş, susuzluq və quraqlıqdır....
DAVAMMM
YanıtlaSil\
Emeyinize saliq
YanıtlaSil