Qızım sənsizlik🌹

 Ramil Məmmədli-Qızım sənsizlik




Alışmışdı əllərim ,
tellərini öpməyə 
İndi tənha əllərim 
yellənir yetim kimi 
Yanımdakı çarpayın 
qalıb sükut içində 
Yerinə gülən şəklin 
asılıbdı divardan 
Qızım dözə bilmirəm 
qayıt evə birazdan 

Evimizin hər yanı 
çizib sənin rəsmini 
Sındırıbdı gedişin 
ailəmizin qəddini 
Yoxa çəkib tanrı da
əvvəl olan səbrini 
Qızım çıxart səsini 
biz eşidək yavaşdan
daha dözə bilmirik 
evə qayıt bir azdan 

Həyətin hər bucagı
hazırdı pişvazına 
Öyrəşmişdi çiçəklər 
Sənin işvə nazına 
Yenə məktəb başlayır 
çantan həsrət içində 
Kitab,qələm,dəftərin 
Qalıb zülmət içində 
Sən gedəni yay idi 
İndi isə payızdı 
Qızım sevindir bizi 
Evə qayıt birazdan.....
evə qayıt birazdan....

1 yorum:

Qarabağ Azərbaycandır!🇦🇿

Azərbaycan Respublikasının əzəli Qarabağ torpaqları artıq 30 ilə yaxındır ki, erməni işğalçıları tərəfindən zəbt olunub. Əziz həmvətənlər, ə...