Süd dişinin ağrısı



Nə çoxmuş dünyanın yükü;
Sevgisi yük, nifrəti yük.
Görüşəndə – söhbəti yük,
Ayrılanda – həsrəti yük.

Bu dünya bir yük ağacı,
Hər yükün kökü insanmış.
İnsanın yükü dünyaymış,
Dünyanın yükü insanmış.

Alnımıza yazılanmış çiynimizə düşən yüklər,
Mənim balam, bu yazıdan qaçmaq müşkülmüş, sən demə.
Yük altından öz çiynini qaçıranda böyüklər,
Balaların çiyninə yük düşürmüş, sən demə.
Bilməmişəm, mənim balam, bağışla,
Çiynimdəki bu qabara bağışla!..

Hiç yorum yok:

Yorum Gönder

Qarabağ Azərbaycandır!🇦🇿

Azərbaycan Respublikasının əzəli Qarabağ torpaqları artıq 30 ilə yaxındır ki, erməni işğalçıları tərəfindən zəbt olunub. Əziz həmvətənlər, ə...