DƏRMAN BİTKİLƏRİ


DƏRMAN BİTKİLƏRİ


     Dərman bitkiləri müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.Dərman bitkilərinin müalicəvi xassəsi onların tərkibindəki fəal maddələrin(efiryağları,alkaloidlər,vitaminlər,aşımaddələr,fermentlər,flavonoidlər)olması ilə əlaqədardır. Dərman bitkiləri araşdırmalar zamanı məlum olmuşdur ki,ürək-damar,sinir sistemi,mədə-bağırsaq,qaraciyər və böyrək xəstəliklərinin müalicəsində dərman bitkilərinin  əsas rolu var.

     Efir yağları- Efir yağları üzvi,azotsuz maddələrin qarışığından ibarətdir. Onlar ketonlar,fenollar,mürəkkəb efirlər,turşular,oksidlər,Laktonlar vəs maddələrdən ibarətdir. Efir yağıları çiçəklərdə, toxumlarda,yarpaqlarda olur və maddələr mübadiləsində iştirak etmirlər.Efir yağları suda həll olmurlar.


    Diş dişqurtduyan-Diş dişqurtlayaniynəşəkilli,oduncaqlaşmış,yoğun kökə malik,iki illik ot bitkisidir.Gözdəsi dik qalxan,dördkünc,100-120 sm  hündürlükdə olub,yuxarıdan budaqlanandı.Oturaq yarpaqları gövdədə növbəli düzülüb,boz-yaşıl rəngli, ikiqat-üçqat lələkvari bölümlüdürlər.Xoşagəlməz iyi,xırda,ağ çiçəkləri var.Bitki iyun-avqust aylarında çiçəkləyir,Şirvan-Salyan bölgəsində bu bitkiyə çox təsadüf olunur.
  Diş dişqurtduyanın meyvəsindən istifadə olunur.Meyvəsi yetişməyə az qalmış taplanır,açıq quru havada qurudulur. Tərkibində şəkər,mineral duzlar,efir yağları vəs maddələrlə də zəngindir.Elmi təbabətdə diş dişqurtduyanbitkisinin meyvəsindən alınan kellindən preparatı hazırlayıbspazmoltikdərman kimi stenokardinya,hipertoniya,sidik və öd kisəsinin spazması zamanı,bronxit asmada,mədə bağırsaqsisteminin stik vəziyyətində edirlər.Ürək-damar xəstəliklərində,ürək zəifliyində diş dişqurtduyandan müxtəlif qarışıqlarla birgə qəbul edilir.Ürək zəifliyində diş dişqurtduyan,yemişan,inciçiçəyi bitkiləri qarışığından cövhər hazırlayıb,3 dəfə 20-30 damcı qebul edilir.


  Təpəlik kəklikotu-Kəklikotu cinsinin bütün növleri efir yağlı bitkilərdir. Onlar 10-15sm hundurlukdə,çoxillik,sürünən yarımkol bitkilerdir. Gövdə əsasından başlayaraq güclü budaqlanır. Budaqlar zəif ve incədir, en kəsiyi çətin görünən dördküncdür. Yarpaqları xırda,7-11 mm uzunluqda ,3-5mm enində xətvari  və ya ellipsşəkilli,qısa saplaqlı və ya oturaqdırlar və gövdə üzərində qarşı qarşıya düzülmüşdür. Çəhrayı rəngli çiçəkləri yuxarıdakı yarpaqların qoltuğunda toplanır. Çiçək qrupu başçıq formada olan,seyrək sünbülü və hətta süpürgəni xatırladır. Kasa yarpağı 5 ədəddir. İki dodaqlı 5 ləçəkyarpağının üst dodağı iki, alt dodağı isə üç bölümlüdür. Erkəkcik 4 ədəddir. Dişicik iki meyvə yarpağının bitişməsindən əmələ gəlmiş və üst veziyyətdədir.
Meyvəsi kasacığın içərisində yerləşən 4 fındiqcadan ibarətdir. Kəklikotu yay mövsümündə mütəmadi olaraq çiçək açır.
 Kəklik otu cinsinin dunyada yayılmış növlərindən Azərbaycan ərazisində 21 novünə rast gəlinir. Bunlardan dərman bitkisi kimi Qaraməryəm kəklikotu, karyagin kəklikotu, koçi kəklikotu növləri efir yağları ilə daha zəngin və perispektivlidir.
  Kəklikotunun təbabətdə öskürək əleyhinə,xroniki bronxitdə, bağırsaq spazmalarında,həzm pozğunluğunda,onikibarmaq bağırsaq yaralarında,iştahsızlığa qarşı istifadə olunur.
  Efir yağlı dərman bitkilərindən dərman pişikotu,adi boymadərən,uca andız,dərman sürvəsi.

Dərman  pişikotu- pişikotukimilər fəsiləsinə daxildir. Dərman pişikotunun kökündə 0,5-2 % qədərefir yağı və valerian turşusu vardır.Virusəlehi,sidikqovucu təsirli flavonoidlər,bakteriyastatik üzvi turşular,antiseptik təsirli terpenoidlər vəs.Məlhəm və ekstrakt halında heyvanlarda sinir xəstəliklərində sakitləşdirici dərman kimi işlədirlər.


 Adi böymadərən-Astrakimilər fəsiləsindəndir.Tərkibində 1-2% efir yağı vardır.Kapilyar möhkəmləndirici,iltihabelehi,ödqovucu təsirə malikdir.Dəmləmə və quru otun tozu şəkilində qankəsici,ağrı sakitləşdirici və iştah gətirici dərman kimi qəbul üdilir.


  Uca andız-Astarakimilər fəsiləsindəndir.Kök və kökümsovunda 1-2% efir yağları,saponiklər vardır.Ekstrakt və spirt məhlulu şəkilində öskürək əleyhinə və bəlğəmgətirici dərman kimi istifadə edilir.
  Dərman sürvəsi-Dodaqçiçəyikimilər fəsiləsindəndir. Yarpaqlarındaefir yağla(1,4-3%) və aşı maddələri vardır.Dəmləməsi qarqara dərman kimi geniş istifadə olunur.
  


Təklif  və şikayətlərinizi mənə yaza bilərsiz






Hiç yorum yok:

Yorum Gönder

Qarabağ Azərbaycandır!🇦🇿

Azərbaycan Respublikasının əzəli Qarabağ torpaqları artıq 30 ilə yaxındır ki, erməni işğalçıları tərəfindən zəbt olunub. Əziz həmvətənlər, ə...