Kimya-maddələri, onların tərkibi,
quruluşu, xassələri, çevrilmələri və bu çevrilmələri haqqında elmdir.Cisimlər
nədən təşkil olunmuşdursa,o maddə adlanır.
Maddə nisbi sükunət kütləsi olub və daim hərəkətdə olan
materiyanın bir növüdür. Maddələri bir-birindən fərqləndirən və onların
oxşarlığını müəyyən edən əlamətlərə maddələrin xassəsi deyilir.
Xassələr iki yere
bölünür: Fiziki və Kimyəvi
Fiziki xassələr:aqreqat halı, rəngi,iyi,dadı,sıxlığı,ərimə
və qaynama temperaturu, elektrik keçiriciliyi.
Kimyəvi xassələr:çevrilməsi,başqa
maddələrlə reaksiyaya daxil olması.
Maddələr bir sıra əlamətlərə(aqreqat
halına,fiziki xassələrinin sabitliyinə,tərkibinə və mənşəyinə)görə təsnif
olunur.
Fiziki xassələrinin
sabitliyinə görə maddələr iki yerə bölünür: Saf maddələr ⇔Qarışıqlar
Qarışıqlar iki və daha artıq
saf maddədən ibarət sistemlərdir. Eynicinsli (homogen) qarışıqlarında maddələrin
hissəcikləri gözlə və ya adi mikroskopla görünmür.
Müxtəlif cinsli qarışıqları
əmələ gətirən maddələrin hissəcikləri gözlə yaxud adi mikroskopla seçilir.
Homogen(eynicinsli)qarışıqların ayrılması :
Heterogen(müxtəlifcinsli)qarışıqların ayrılması:
Tərkibinə görə
maddələrin təsnifatı
- Bəsit
maddələr-eyni növ atomlardan ibarətdir
1.
2. Bəsit maddələr iki qrupa bölünür:Metallar,qeyri-metallar
3. Metallar:Li,Na,K,Ca,Ba,Be,Rb,Cs,Zn,Al,Au,Ag,Mn vəs.
4. Qeyri-metallar:
- Biratomlu,qaz: He,Ne,Ar,Kr,X
- Biratomlu,
bərk: C,Si,B
- Çoxatomlu,qaz: N₂,O₂,O₃,H₂,F₂,Cl₂
- Çoxatomlu,maye Br₂
- Çoxatomlu,bərk:J₂,P₄,S₈
- Mürəkkəb
maddələr- müxtəlif növ atomlardan əmələ gəlmişdir
- Oksidlər:CO,NO,CO₂,NO₂,SO₂,SO₃,P₂O₃,P₂O₅,SiO₂,Na₂O,CaO
vəs
- Əsaslar:NH₄OH,LiOH,NaOH,KOH,Ca(OH)₂,Ba(OH)₂,Mg(OH)₂
vəs
- Turşular:HCl,HBr,HJ,HF,HNO₃,HClO₄,HCOOH,CH₃COOH
vəs
- Duzlar:MeCln,MeBrn,Me(NO₃)ո
Təklif və
şikayətlərinizi mənə yaza bilərsiz
Hiç yorum yok:
Yorum Gönder