Məqsədə çatmağın 5 əsas yolu.
Bizim hamımızın həyatımızda müəyyən istəkləri var, problem isə bu istəklərə
çatmaqdır. Məqsədə çatmaq həmişə asan deyil, bəs burada hansı hiylələr var?
Burda bir neçə fikirlər olsa da, bu suala cavab tapmaq heç də asan deyil:
📌 Özünə inam
Əgər sən bu postu oxuyursansa, tezliklə bunun gerçəkləşdiyini görəcəksən. Mən
həyatda nəyəsə nail olmaq üçün özünə və öz bacarığına inanmaq faktını kifayət
qədər vurğulaya bilməyəcəm. Özünə inam hər şeyə başlamaq üçün bir açardır.
Biznesə təkcə işini sevməklə başlaya bilməzsən, eyni zamanda, özünə inanmaq
da lazımdır. Bu hansısa başlanğıc üçün irəliləyişdir. Bizim əksəriyyətimiz bunu
yemək bişirmək, maşın sürmək, universitet dərslərini hazırlamaq kimi adi şeylərə
aid edirik.
📌 Məqsədə çatmağın yolunu fikirləşmək
Əgər müəyyən bir məqsədə çatmaq üçün çalışırsansa, əvvəlcədən planlaşdırma
vacibdir. Məqsədlərə nail olmaq üçün lazım olan hər bir addımı təsvir etmək
vacibdir. Bu addımları təsvir elə və bir anlıq onları gözünün qarşısına gətir. Bu
həm planlaşdırmanın çox asan bir yoludur, həm də məqsədə çatmaq üçün heç
nəyi unutmamağa kömək edir. Öz addımlarınızı düşündükcə siz məqsədə
çatmaq üçün nələrə ehtiyacınız olduğunu görəcəksiniz. Vaxtı gələndə siz bu
addımları edəcəksiniz, çox güman ki “déjà vue”(artıq görüldü) deyəcəksiniz və bu
bir vaxtlar təsvir etdiyiniz faktlardan gəlir. Mən hər gün yatmağa getməzdən əvvəl
belə edirəm.
📌 Yatmazdan əvvəl addımlarınızı planlaşdırın
Bəli, yatmazdan əvvəl hər bir addımı düşünmək sizə təkcə məqsədə çatmaq
üçün kömək etməyəcək, eyni zamanda, öz arzularınız haqqında düşünməyə
vadar edəcək. Mən çox vaxt öz məqsədlərim və gündəlik həyatım haqqında
fikirləşirəm, bu mənə nə edəcəyim haqqında təcrübə verir. Yatanda sizin
beyninizin həqiqət və fantaziya arasındakı fərqi hiss etmədiyini bilirsinizmi?
📌 Çalış, mübarizə apar və pozitiv ol
Sizin məqsədləriniz çalışmadan, işləmədən gerçəkləşməyəcək. Öz məqsədinizə
çatmazdan əvvəl çoxlu maneələrə qalib gəlməli olacaqsınız. Sizin əlehinizə olan
insanlar həmişə olacaqdır. Siz bütün maneələri aşmalısınız. Heç vaxt
cəsarətsizlik eləməyin, problemləri həll edərkən həmişə pozitiv olun. Hətta
uduzduqda belə cəsarətsizlik eləməyin. Heç kəs itirmədən nəyəsə nail olmayıb.
Pozitiv olmağa çalışın.
📌 Əlaqələrinizdən istifadə edin və insanlarla danışın
Məqsədləriniz haqqında insanlarla danışmaqdan və onlara necə nail olmağı
planlaşdırdığınızı söyləməkdən çəkinməyin. Başqa insanların da baxışı çox
əhəmiyyətlidir və bir neçə məsələyə kömək edə bilər. Kömək almaq təkcə ağıllı
və cəld olmaq deyil, eyni zamanda, ailənə və dostlarına sizin öyrənmək və
məqsədə nail olmaq istədiyinizi göstərir.
Hiç yorum yok:
Yorum Gönder