Şəxsi İnkişaf

 



“Şəxsi inkişaf böyük ölçüdə vaxta qənaətdir. Nə qədər yaxşı olsanız, hədəflərinizə nail olmaq bir o qədər az vaxt alacaqdır.”
Şəxsi inkişafın tərifini sizə verməzdən onun nə üçün və hansı amillər əsasında var olduğunu gözdən keçirməliyik. Həyata qarşı müvafiq perspektivlərimizin yarandığı andan, ağlımız kəsdiyi yaşlardan etibarən həyatımızla, istək və arzularımızla bağlı xəyallar qurmağa başlayarıq. Bu xəyallar, istək və arzular hər yaşın mövqeyinə və hər yaşın verdiyi kriteriyalara görə dəyişkənlik göstərir. Lakin, qaçınılmaz həqiqətdir ki, biz kiçik yaşlarımızdan etibarən artıq müəyyən istək və arzulara qapılar və onu əldə etmək üçün hər yaşın psixologiyasına və gücünə uyğun səy göstərərik.Qurduğumuz xəyallar bizim arzularımızdır, hal-hazırda əlimizdə olmayıb, lakin, olmasını istədiyimiz ünsurlardır. İstəklər fiziki, maddi və mənəvi xüsusiyyətlər daşıya bilər. Onları arzulama şiddətimiz isə həyata keçirmə çabamızla düz mütənasibdir. Yəni, biz bir şeyi nə qədər çox istəyiriksə, onu reallaşdıra bilmək üçün sərf etdiyimiz əməyin dəyəri daha yüksək olacaqdır. Bu zaman isə xəyallarımızı hədəflər əvəzləyəcəkdir. Təxəyyülümüzdə canlandırdığımız obraz əksər hallarda hal-hazırdaki situasiyamızdan daha yüksək mərtəbəyə malik xüsusiyyətlər daşıyır. Demək olar ki, ömürümüzün yarısından çoxu özümüzü olduğumuz yerdən daha yaxşı təbəqələrdə arzulamaqdan və bunu həyata keçirmək üçün cəhdlərimizdən ibarətdir. Həmin yaxşı təbəqəyə nail ola bilmək üçün isə xəyalımızdaki bizdə var olan ünsurları real həyatda var edə bilmək üçün müəyyən tədbirlər görərik. Baxın, bu gördüyümüz tədbirlər isə şəxsi inkişaf adlandırılır. Deməli, şəxsi inkişafın infrastrukturu xəyallarımızdan başlayır və arzularımızın şiddət dərəcəsinə görə hədəflə əvəzlənərək artıq müəyyən fiziki fəalliyətlərə keçid almağa başlayır. Xülasə, xəyalımızdakı daha yaxşı “mən”-ə nail ola bilmək üçün öz üzərimizdə əksik olan ünsurların və ya inkişaf etdirilməsi gərəkən nüansların fərqinə varıb, onların üzərində işləmək və əmək vermək bizi şəxsi inkişafa doğru aparır.👑

Hiç yorum yok:

Yorum Gönder

Qarabağ Azərbaycandır!🇦🇿

Azərbaycan Respublikasının əzəli Qarabağ torpaqları artıq 30 ilə yaxındır ki, erməni işğalçıları tərəfindən zəbt olunub. Əziz həmvətənlər, ə...