Hədəflərinə çatmaq istəyirsən??? Düşünmədən həyatını dəyiş

 Əgər xəyalınız və hədəfiniz yoxdursa, siz sadəcə ətrafda dolaşırsınız və heç bir yerə gedib çıxmırsınız.




Onlar məni məşq zamanı görərkən soruşurlar ki, niyə gündə 5-6 saat ağır məşq etməyimə rəğmən üzümdə təbəssüm olur, başqaları da mənim qədər çalışır ancaq kefsiz görsənirlər. Mən isə həmişə deyirəm ki, mən hədəfim üçün çalışıram. “MR, UNİVERSE”  titulunun qarşısında. Buna görə də etdiyim hər rep, hər set məni xəyalıma, hədəfimə daha yaxın edir, onu gerçəkləşdirməyimə  yardım edir. Hara getdiyimi bildiyim üçün özümü mükəmməl hiss edirdim və sonda mən məşqi deyil, titulu başımın üzərinə necə qaldıracağımı xəyal edirdim. Mən bunu düşünürdüm və 20 yaşımda mən “MR UNİVERSE” titulunu qazanan ən gənc bodibilder oldum və bu, ona görə idi ki, mənim məqsədim var idi. Məqsədinizi xəyal edib onun arxasınca getmək əyləncəli olur. Nə etməyinizdən asılı olmayaraq həyatda məqsədiniz olmalıdır.

1 nömrəli qanun: Xəyalınızın, məqsədinizin olmasıdır.

2-ci qanun: Neqativ insanları dinləməmək”dir. Onları dinləməyin gördüyüm hər bir işdə insanların ağzından çıxan söz, “ BU, MÜMKÜNSUZDÜR”, “EDİLƏ BİLMƏZ”, idi mən bodibilder olmaq istəyəndə valideyinlərim də daxil olmaqla  ətrafdakı hər kəs bunun mümkün olmayacağını və digər ənənəvi avstriya idmanları ilə məşğul olmağımı dedilər.Yüngül atletika və ya xizək sürmə ilə ancaq mən olara sübut etdim ki, bu, edilə bilər. Buna görə də kimsə mənə “ bu mümkün deyil” deyəndə, mən “ BU EDİLƏ BİLƏR” eşidirdim.

Kimsə yox deyərkən, mən hə eşidirdim. Onlar bu mümkünsüzdür deyəndə, mən bu mümkündür eşidirdim, çünki mən nikbin insanam. Mən Nelson Mandelanın dediyi  bu sözə çox inanıram: “ Hər bir şey onu ilk bir nəfər edənə qədər mümkünsüzdür”.

Mən öz-özümə dedim ki, mən o “ bir nəfər “ olacam. Ola bilsin bunu hələ heç kim bacarmayıb. Ancaq heç bir problem yoxdur mən bunu edəcəm! Buna görə neqativ insanları dinləməyin. İnsanların gündə 45 dəqiqə idmana getməyə vaxt tapmamalarını heç cürə anlaya bilmirəm və yaxud da gündə 1 saat zehni və fiziki inkişaf etmələri üçün zaman tapmamalarını. Təsəvvür et ki, sən gündə 1 saat tarixi material oxuyursan 365 saatdan sonra, yəni 1 ildən sonra nə qədər şey öyrənmiş olarsan. Təsəvvür et ki, sən hər gün 1 saat qurmaq istədiyin biznes üzərində çalışsan sən haralara getmiş olarsan ... İnsanların zamandan şikayətlənməsinə ona görə əsəbləşirəm ki, 24 saat gec deyil Biz gün ərzində 6 saat yatırıqsa, geri balansımızda daha 18  saat qalır. Ortalam bir insan gün ərzində 8-10 saat çalışır demək geridə 8 saat qalır. Gündə təxminən 1-2 saatımız yola gedirsə, geriyə 6 saatımız qalır. Bu 6 saatı nəyə sərf edirsiniz?  Görürsünüz gününüzü düzgün qursanız nə qədər vaxtınız olur?  Bun agörə siz əzmkarlıq etməlisiniz.  Mən amerikaya təzə gələndə həm kollece gedirdim, həm gündə 4-5 saat məşq edirdim, həm də tikintidə çalışırdım. Çünki o zamanlar bodibildinqdə pul yox idi .Mənim yemək üçün belə pulum yox idi. Ona görə də işləməliy idim. Tikintidə işləyirdim, kollece gedirdim, məşq edirdim və axşam saat 8dən gecə 12-ə kimi aktiyorluq dərslərinə gedirdim.Həftədə 4 dəfə . Mən buların hamsın edirdim. 1 dəqiqəmi belə israf etmirdim. Sırf buna görə mən bun agörə burda dayanmışam.

70-ci illərdə Mühəmməd Əli ilə dost idik yadımdadır, Mühəmməd Əli zalda məşq edərkən orada bir jurnalist vardı jurnalist ondan nə qədər press etdiyini soruşdu Əli isə “ Ağrıyana qədər saymıram” dedi. Düşünün , o, ağrı hiss etdikdən sonra etdiyi pressləri saymağa başlayırdı. Budur əzimkarlıq! Mən B planına nifrət edirəm! Sizə deyim niyə... Çünki ətrafımızda yetəri qədər şübhə edən insanlar var, öncə dediyimiz neqativ insanlar.Yetəri qədər bizə “ edə bilməzsən”, “Bacarmazsan deyən insanlar var” Bu , normaldır,çünki bayaq dediyimiz kimi,bizə dedikləri “ edə bilmərsən”i “edə bilərsən” . Bizə dedikləri “yox”u “hə” kimi qəbul edib onlara Fikir verməmək olar.Ancaq sənin özün özünə şübhə etməyə başlarsansa, bu, çox təhlükəlidir.Çünki sən artıq deyirsən ki, əgər mən uğursuz olsam, mənim geri dönüş planım var. B planım var. Bu o deməkdir ki, sən artıq plan B haqqında düşünürsən və Plan B-ə qoyduğun hər düşüncəni, hər enerjini plan A-dan götürürsən. Bunu anlamaq vacibdir ki, insanlar arxayınçılıq olmayanda daha yaxşı çalışırlar . Çünki plan B arxayınçılığı dönüşür Bu o mən averir ki, əgər mən yıxılsamyenidən ayağa qaldıracam və qorunacam. Bu, yaxşı bir şey deyil. Çünki idmanda və başqa sahələrdə insanlar arxayınçılıq olmayanda daha yaxşı performas göstərirlər. Mənim heç bir zaman B planım olmayıb.Mən söz verdim ki, mən bodbilder olacam, Amerikaya gedəcəm, aktiyor olacam, baş rolda yer alacam və bunların dördündə etdim.Hər şeyə rəğmən mən bu işi görəcəm. Dəfələrlə görəcəm.Ta ki, istədiyimi əldə edənə qədər.Mənim üçün B planı çox təhlükəlidir.Çünki bununla sən uğur qazanmaq şanslarını tam olaraq kəsirsən. B planının  ən böyük səbəblərindən biri odur ki, insanlar uğursuzluqdan qorxurlar.Başqa planım yoxdursa,uğursuz olsam nə baş verər? Uğursuz olmaqdan qorxmayın.Uğursuz olmaq qəbahət deyil.Sən o nərdivanı qalxmaq üçün səhv etməlisən. Həyatda səhv etməyən insan yoxdur.Müsahibələrin birində Michael Jordan a dedilər ki, “ Sən bütün zamanların ən güclü basketbolçususan”. O isə dedi ki, “ siz ancaq uğurları qeyd edirsiniz”. Amma mən dünyanın ən güclüsü olmaq üçün NBA oyunları zamanı 9000 səhv atış etmişəm. O, bütün oyunları zamanı düz 9000 dəfə səhv etmişdi. Bu, onu bacarıqsız edirmi? Xeyr. O, ən güclülərdəndir. Ancaq o belə, 9000 dəfə səhv edib. Başa düşürsünüz? Biz hər birimiz səhv edirik. Bu, normaldır.Normal olmayan yıxılıb qalxmayandır.   Yıxılıb qalxmağa çalışmayan insan məğlub insandır. Qalib insanlar dəfələrlə yıxılsalar belə yenə də qalxacaqlar.Sən hər zaman ayağa qalxmalısan. Budur qalib insan! Mən bodibildinq müsabiqələrini, uduzmuşam. Çox bərbad, qınanan filmlərim olub.Xatırlayıram ki, siyasətdə də seçkiləri uduzmuşdum. Seçkilərdə nəticələrim 28 faizə düşmüşdü. Daha sonra nəticələr yenidən qalxdı və mən koliforniyanın qubernatoru oldum. Hey! Biz hamımız uduzuruq.Buna görə deyirəm ki, uduzmaqdan qorxmayın! Çünki uduzmaqdan qorxanda sən sanki donursan, quruyursan. Sən rahat olmalısan. Bütün sahələrdə, idman, işdə, sən yalnız rahat olmalısan daha yaxşı performans göstərəcəksən.Bu səbəbdən, rahat ol. Səhv etmək normaldır.Sadəcə bütün gücünü, enerjini qoy ortaya . Bu səbəbdən səhv etməkdən qorxma!

Hiç yorum yok:

Yorum Gönder

Qarabağ Azərbaycandır!🇦🇿

Azərbaycan Respublikasının əzəli Qarabağ torpaqları artıq 30 ilə yaxındır ki, erməni işğalçıları tərəfindən zəbt olunub. Əziz həmvətənlər, ə...