Həyatının çətin və ədalətsiz olduğunu düşünərək təslim olursansa, yenidən düşün. Çünki belə düşünməklə sən özünə qarşı ədalətsiz olursan. Bəzən problemlər çox böyük deyillər bizlər çox kişikik.Çinki biz onlarla başa çıxa bilmirik...
Evləndikdən 2 il sonra, təxminən 9il öncə, mən avtomobil qəzası keçirdim. Necəsə ərim yuxuya getdi və avtomobil dərəyə yuvarlandı. Özü çölə atlanıb xilas oldu. Ona görə sevinirəm. Ancaq mən içəridə qaldım və çoxlu zədələr aldım.Zədələrin siyahısı uzundur. Qorxmayın, mən indi yaxşıyam. Sağ qolum və biləyim qırılmışdı. Çiynim və körpücük sümüyüm sınmışdı. Bütün düş qəfəsim sınmışdı və buna görə ağ və qara ciyərim ağır zədələnmişdi. Mən nəfəs ala bilmirdim. Ancaq məni, mənim həyatımı və həyata baxıçımı dəyişən zədə isə onurğa zədəsi idi. Fəqərələrimdən 3-ü tamamilə əzilmişdi və mən ömürlük iflic oldum. Ətrafdakılar yardıma gəldilər və məni sürüyərək çölə çıxartdılar. Onlar mənisürüyən zaman isə mənim onurğam sağalmaz zədələndi. Sonda mən xəstəxanaya aparıldım və orada 2,5 ay keçirdim. Çoxlu əməliyyat keçirdim, həkimlər qoluma və belimə çoxlu titan qoydular. Mən ümidsizliyə qapıldım. Bir gün həkim mənə yaxınlaşdı və dedi: Sənə pis xəbərim var. Bilirəm sən rəssam olmaq istəyirdin, ancaq sənin biləyin və qolların çox deform(əzilib) , sən artıq rəsm çəkə bilməyəcən. Mən isə sakit qaldım... Səhəri gün həkim mənə dedi: Sənin onurğan çox zədələnib. Sən bir daha yeriyə bilməyəcəksən. Dərindən nəfəs aldım və “ HEÇ BİR ŞEY OLMAZ” dedim. Növbəti gün həkim mənə dedi: Sənin belindəki problemlərə görə Sən heç vaxt uşaq doğa bilməyəcəksən. Həmin gün mən məhv oldum... Xatırlayıram, mən anamdan soruşdum ki, niyə mən? Həmin an mən artıq niyə mövcud olduğumu, nə üçün yaşadığımın sual etməyə başladım. Yeriyə bilmirəm, problem deyil, ancaq Ana olmaq...
Uşaq olmadan qadınlar özlərini yarımçıq düşünürlər. Yarımçıq qadın kimi yaşamağın nə mənası? Yaxınlarım mənim boşanacağımdan qorxurlar.Mən necə olacam? Niyə mən?Mən nə üçün sağam? Biz hər birimiz o tuneli keçməyə çalışırıq. Çünki tunelin sonunda gördüyümüz işıq bizi hərəkətə davam etdirir. Ancaq mənim situasiyamda keçməli olduğum bir tunel var idi, ancaq sonunda işıq yox idi...
Məni təslim olmağa qoymayan şey isə qardaşlarımdan etdiyim xahiş oldu. Onlara dedim ki, bilirəm əllərim deform olub, ancaq mən xəstəxananın ağ divarlarından bezmişəm. Mənə boya gətirin, kanvaz gətirin. Mən həyatıma rəng qatmaq istəyirəm. İlk şəkili mən ölüm yatağında çəkdim. Bu, incəsənətlə filan bağlı bir şey deyildi.Bu mənim terapiyam idi.Bir söz belə etmədən mən qəlbimin şəkilini çəkə, hekayəmi paylaşa bilirdim. İnsanlar rəsmlərin sevimli, rəngarəng olduğunu deyirdilər. Ancaq rəsmlərdəki kədəri yanlız mən görə bilirdim və mən xəstəxanadakı 2,5 ayı ağlayaraq, rəsm çəkərək, ancaq şikayət etməyərək keçirdim.Daha sonra mən evə buraxıldım və anlaşıldı ki, bədənimdə çoxlu gec sağalan yaralar əmələ gəlibçiş. Mən otura bilmirdim. Bədənimdə çoxlu infeksiyalar var idi və mən ancaq yataqda uzanılı qalmıalı idim. 6ay yox... 1il yoxx... Düz 2 il mən uzanmalı idim.Dörd divara həbs olunmuş şəkildə... Pəncərədən çölə baxıb quşların səsini dinləyərdim və düşünürdüm ki, bəlkə mən də nə zamansa ailəmlə çölə çıxıb təbiətdən zövq alacam. Həmin vaxt mən anladım ki, insanlar necə şanslıdırlar... ancaq bunu dərk etmirlər. Həmin vaxt mən qərara gəldim ki, arabaya oturacağım ilk gündən insanlara nə qədər şanslı olduqlarını başa salmaq üçün bu ağrını onlarla bölüşəcəm. Həyatımızda hər zaman dönüş nöqtələri olur. Mən də yenidən doğuldum bir gün oldu. 26 aydan sonra əlil arabasına oturduğum gün mənim yenidən doğulmalı olduğum gün idi. Mən tamam başqa bir insan olmuşdum. Bir daha heç bir zaman gəzməyəcəyimi bilərək ilk dəfə əlil arabasına oturdum. Güzgüdə öz-özümə baxıb dedim: Mən yeriməyim üçün möcüzənin baş verəcəyini gözləyə, ağlaya, insanlara şikayət edə bilmərəm. Çünki hər kəsin öz problemi var. Mən tezliklə özümü olduğum kimi qəbul etməli idim. Ona görə də uzun müddət sonra ilk dəfə dodoaq boyası çəkdim. Ancaq dərhal sildim və ağladım. Öz-özümə dedim ki, əlil arabasında olan biri bunu etməməlidir. İnsanlar nə deyərlər?! Yenidən çəkdim. Ancaq bu dəfə özüm üçün çəkdim. Çünki mən daxildən mükəmməl hiss etmək istəyirdim. Həmin gün özüm üçün yaşayacağıma qərar verdim. Mən kimin üçünsə “mükəmməl” olmayacam. Mən hər anı özüm üçün mükəmməl edəcəm. Hər şey qorxularımla mübarizə apardıqdan sonra başladı. Hər birimizin qorxularımız var. Yaxınlarımızı, sağlamlığımızı, pulumuzu itirmək qorxusu və sairə. Mən bütün qorxularımı bir yerə yazdım və onları bir-bir üstələməyə qərar verdim. Bilirsiniz ən böyük qorxum nə idi? Boşanmaq. Bu sözdən qorxurdum. Artıq məni istəməyən bir insandan artıq ayrılmaq istəmirdim. Ancaq bunun sadəcə bir qorxu olduğunu anladıqdan sonra, onu azad etməklə özümü də azad etdim. Hətta onun evləndiyini eşitdiyim gün on a mesaj göndərdim ki, sənə görə sevinirəm və sənə hər şeyin ən yaxşısını arzu edirəm. O bilir ki, mən bu gün də ona görə dua edirəm. Mənim 2-ci ən böyük qorxum Ana ola bilməyəcəyimlə bağlı idi. Bu, mənim üçün çox ağır idi. Sonra mən anladım ki, dünyada kimsəsiz çox uşaq var. Niyə də birini övladlığa götürməyim? Belə də etdim. Mən adımı uşaq evlərinə yazdırdım. Əlil arabasında olduğumu, oğlan və ya qız istədiyimi qeyd etmədim. Sadəcə bir övlad istədim. 2il sonra kiçik bir şəhərdən zəng gəldi. Onlar kiçik bir oğlan uşağını övladlığa götürə biləcəyimi dedilər. Həmin an mən doğuş hissini yaşaya bildim.Onlara uşağı evə aparmağa gələcəyimi dedim. Həmin gün oğlum 2 günlük idi. Bu gün isə 6 yaşı var. Əlil olmağın ən ağır şeyi bilirsiniz nədir? Bu, fiziki məhdudiyyətli insanların başqa bir qorxularıdır. Qəbul edilməmək. Məhdudiyyətli insanlar düşünürlər ki, mükəmməl olmadıqları üçün cəmiyyətdə qəbul edilməyəcəklər. Buna görə də mən cəmiyyət içində çox görünməyə başladım. Rəsm çəkməyə başladım, çoxlu sərgilərim oldu. Modellik kampaniyyalarına qoşuldum. Pakistanın milli televiziyasında aparıcı olacağıma qərar verdim və son 3 ildə çoxlu proqramlarım olub.Mən BM-in xoşməramlı səfiri seçildim və hal-hazırda qadın və uşaq hüquqları üçün mübarizə aparıram. Biz gender bərabərliyi, etnik müxtəliflilik haqqında danışırıq.Sən özünü olduğun kimi qəbul etsən dünya da səni qəbul edəcək. Hər şey daxildən başlayır. Biz hər zaman həyatdan asanlıq gözləyirik. Həyatda hər şey planlarımıza uyğun gedəcək kimi qəribə bir fantaziyamız var. Əgər uyğun getməsə, təslim oluruq. Əziz dostlar, mən heç bir zaman əlil arabasında olmağı istəməmişdim. Nə də düşünməmişdim. Hər zaman böyük işlər görmək istəyirdim. Ancaq bu günə gəlib çıxmağımın bir bədəli olacağını bilmirdim. Bu, çox ağır bir bədəldir... Bu həyat bir sınaqdır. Sınaq isə heç zaman asan olmamalıdır. Buna görə də həyatdan çox şey gözləsən həyat isə sənə limon verərsə, onda limon düzəlt və şikayətlənmə. Çünki sən sınaqdan asanlıqgözləyirsən. Sınaqlar səni daha güclü, daha yaxşı biri edirlər. Bizim beynimizdə mükəmməllik deyilən bir şey var. Hər şeyin mükəmməl olmasını istəyirik. Mükəmməl həyat, münasibət, karyera. Məcbur qazanmalı olduğumuz mükəmməl məbləğdə pul. Bu həyatda heç bir şey mükəmməl deyil. Biz hər birimiz qeyri-mükəmməlik və bu normaldır, sən qəlbini dinləməlisən. Sən başqalarına görə yaxşı görünməli, mükəmməl olmalı deyilsən. Əgər sənin ruhun içində mükəmməldirsə, kifayətdir. Budur sənə lazı olan mükəmməllik. Sahib olduqlarına görə şüke et və hər zaman daha çoxuna sahib olacaqsan. Əgər sən itirdiyin, sahib olmadığın şeylərə görə ağlasan, heç vaxt istədiyinə nail olmayacaqsan. Sahib olmadıqlarımız şeylər haqqında o qədər düşünürük ki, dahib olduqlarımız üçün şükür etməyi unuduruq. Sənin hal-hazırda yaşadığın həyatı yaşamaq istəyən çox insan var. Sənin xəbərin belə yoxdu. Aldığın hər nəfəsi bağrına bas. Həyatını qeyd elə, onu yaşa. Ölümdən öncə: “ÖLMƏ”. Əsl xoşbəxtlik şükr etməkdə yatır. Ona görə də şükür et və həayt dolu ol və hər bir anı yaşa!
Hiç yorum yok:
Yorum Gönder