Salamlaşma və danışıq mədəniyyəti
Danışıq etiketi dedikdə bu və ya digər dildə ünsiyyətdə olanların qarşılıqlı münasibəti ilə müəyyənləşən danışıq qaydaları nəzərdə tutulur. Danışıq etiketi nitq fəaliyyətinin müxtəlif sahələrini salamlaşma, müraciət,tanışlıq, dəvət, razılıq və rədd, üzrxahlıq, təşəkkür,xudahafizləşməni əhatə
edir.Dünyada salamlaşma qaydaları çoxdur.Məsələn, Rusiyada insanlar rastlaşanda bir-birinə sağlamlıq, dirilik arzulayırlar.Almaniyada qaydaya görə saat 12-yə qədər ―sabahın xeyir‖ 12-dən 17-yə qədər ―günortan xeyir‖, sonra isə ―axşamın xeyir‖ deyirlər, ancaq bəzən adi salamla da kifayətlənirlər.Digər Avropa ölkələrinin əksəriyyətində və Amerikada salamlaşarkən ―işlərin necədir‖, yaxud ―necəsən‖- deyə
soruşurlar, cavabı ―yaxşı‖ və ―normal‖ olur, yaxud onun əksi olur (Pis demək ədəbsizlik sayılır).Ruslar, avropalılar və amerikalılar salamlaşarkən dost çesti kimi əl verirlər.Sağ əli uzatmaq yəni silahım yoxdur,niyyətim safdır deməkdir.
Hiç yorum yok:
Yorum Gönder