Psixoloji Test

Asperger sindrom


Bu da psixi pozğunluğun bir növüdür. Onu bəzən autizmin bir forması da hesab edirlər. Bu sindromla əziyyət çəkən insanlar əslində normal və yüksək intellektə sahibdirlər. Amma bununla yanaşı onlarda social qabiliyyətlər zəif inkişaf edib və vərdişləri də zəifdir. Səbəbi isə budur ki, onlarda emosional və social inkişaf ləngiyir. Bu da onların inteqrasiyasını gecikdirir. Bu sindrom Avstriyalı psixiatr və pediatr Hans Aspergerin şərəfinə belə adlandılıb. O, bu pozuqluq barədə cxeyli araşdırmalar etmiş və öz xəstələrini də hər zaman kiçik professorlar adlandırmışdır. Onu da qeyd edim ki bu sindrom autizmdən tamamilə fərqlidir. Onlar autistlərə bənzəsələr də, əqli cəhətdən heç də inkişafdan geri qalmırlar, sadəcə olaraq bu inkişaf onlarda ləng gedir.

UŞAQLARDA NİTQİN NORMAL İNKİŞAFI ÜÇÜN FAYDALI MƏSLƏHƏ

 


🔱 Gün içində etdiyiniz işlər haqqında onunla danışın, məsələn yemək bişirəndə, evi təmizləyəndə ona nə etdiyinizi izah edin.


🔱 Davamlı olaraq uşağı adı ilə çağırın və öz fikirini ifadə etməsi üçün ona şərait yaradın.


🔱 Danışanda üzünüzü ona yaxın tutun, uşaqlar 25-30sm uzaqlıqda olan əşyaları dəqiq olaraq seçə bilirlər.


🔱 Gördüyünü daha yaxşı öyrənməsi üçün toxunmasına icazə verin.


🔱 Uşağınızın sizə uyğunlaşması üçün səbirli olun, kiçik yaşlarda diqqət müddəti çox azdır, əgər həmin an reaksiya vermirsə onu tələsdirməyin, səbirli olun və səy göstərməyə davam edin.

Qarabağ Azərbaycandır!🇦🇿

Azərbaycan Respublikasının əzəli Qarabağ torpaqları artıq 30 ilə yaxındır ki, erməni işğalçıları tərəfindən zəbt olunub. Əziz həmvətənlər, ə...